RU

Kirkorova ŞOK DİAQNOZ qoyuldu - Bu xəstəlikdən ƏZİYYƏT ÇƏKİR

Rusiyanın Xalq artisti Filipp Kirkorova 2-ci tip şəkərli diabet diaqnozu qoyulub.
 
Moderator.az "Mash Telegram" kanalına istinadən xəbər verir ki, qanında qlükoza səviyyəsi yüksəldiyi üçün müğənni gündəlik dərman qəbul etməlidir.
 
Kirkorov zəiflikdən, daimi susuzluq hissindən və ayaqlarında qüvvətsizlikdən şikayətlənir.
 
Bu səbəbdən o, hələ ki, səhnəyə qayıda bilmir. Onun növbəti konsertləri 2026-cı ilin fevralına planlaşdırılıb. Bundan əlavə, pop ulduz əsəbilikdən apatiyaya qədər əhval dəyişikliyindən əziyyət çəkir.
 
Həkimlər ona pəhriz saxlamağı tövsiyə etsələr də, Kirkorov buna əməl etmir. Müğənninin apreldə verdiyi konsertdə atəşfəşanlıq zamanı aldığı yanıq xəsarətindən sonra xəstəliyə tutulması ehtimal olunur. Belə ki, onun yaralar uzun müddət sağalmayıb və həkimlər bunu diabetlə əlaqələndirib.
 
Hazırda Kirkorova gündəlik insulin vurulur.
Избранный
43
2
moderator.az

3Источники