RU

Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırıldı

Şəmkir rayonunda baş verən hadisə ilə əlaqədar Agentliyin "1003-Çağrı Mərkəzi"nə daxil olan məlumat əsasında AQTA-nın regional bölməsi tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.

Bu barədə Hurriyyet.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, ilkin araşdırmalar nəticəsində hadisəyə Şəmkir-Qazax magistralında fəaliyyət göstərən Əhmədov Bəxtiyar Abbas oğluna məxsus “Almalı” kafedən alınan dönər məhsulunun səbəb olduğu müəyyən edilib.

"Agentliyin mütəxəssisləri tərəfindən iaşə müəssisəsində müvafiq yoxlamalara başlanılıb, qida və səthlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Laborator analizlərin sınaq nəticələrinə əsasən hadisənin dəqiq başvermə səbəbi məlum olacaq. İaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir",- deyə əlavə edilib .

Избранный
71
28
hurriyyet.az

10Источники