RU

Azərbaycanda müəllimlərin neçə faizi ali təhsillidir? - RƏQƏMLƏR

Azərbaycanda müəllimlərin böyük əksəriyyəti ali təhsillidir.

AzEdu.az-ın Dövlət Statistika Komitəsinin 2024-cü il 1 oktyabr tarixinə olan rəsmi statistikasına əsasən, Azərbaycanda dövlət və qeyri-dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin böyük əksəriyyəti ali təhsil alıblar.

Belə ki, Ana dili və ədəbiyyat fənni üzrə 14 263 müəllim çalışır. Onların 97,5 faizi ali təhsilli, 2,5 faizi isə orta ixtisas təhsilli şəxslərdir.

Tarix fənnindən dərs deyən müəllimlərin ümumi sayı 6 025 nəfər təşkil edir. Bu müəllimlərin 98,6 faizi ali, 1,4 faizi isə orta ixtisas təhsilli mütəxəssislərdir.

Fizika fənni üzrə 6 048 müəllim fəaliyyət göstərir. Onların 99 faizi ali, yalnız 1 faizi isə orta ixtisas təhsillidir.

İnformatika üzrə 5 739 müəllimdən ibarət heyətin 98,4 faizi ali təhsilli, 1,6 faizi isə orta ixtisas təhsilli müəllimlərdir.

Riyaziyyat fənni üzrə 9 844 müəllimdən ibarət kadr heyətinin 99,1 faizi ali, 0,9 faizi isə orta ixtisas təhsillidir.

Kimya fənni üzrə çalışan 4 736 müəllimin 99,4 faizi ali, 0,6 faizi isə orta ixtisas təhsilli kadrlardır.

Coğrafiya üzrə 5 467 müəllimin 99,3 faizi ali təhsilli, 0,7 faizi isə orta ixtisas təhsilli müəllimlərdir.

Biologiya fənni üzrə 5 607 müəllim arasında 99,4 faizi ali, 0,6 faizi isə orta ixtisas təhsillidir.

Rus dili və ədəbiyyatı fənni üzrə 2 114 müəllim fəaliyyət göstərir. Onların 99,6 faizi ali təhsilli, 0,4 faizi isə orta ixtisas təhsilli şəxslərdir.

Rus dilində tədris olunan digər fənlər üzrə çalışan 1 935 müəllimin 98,7 faizi ali, 1,3 faizi isə orta ixtisas təhsilli kadrlardan ibarətdir.

İbtidai sinif müəllimliyi üzrə 11 938 nəfər çalışır. Onların 98,7 faizi ali, 1,3 faizi isə orta ixtisas təhsilinə malikdir. Rus bölməsi üzrə ibtidai sinif müəllimlərinin sayı 4 147 nəfərdir, bu müəllimlərin 99,1 faizi ali təhsilli, 0,9 faizi isə orta ixtisas təhsilli şəxslərdir.

İngilis dili müəllimlərinin ümumi sayı 13 000 nəfər təşkil edir. Onların 98,2 faizi ali təhsilli, 1,8 faizi isə orta ixtisas təhsillidir.

Digər xarici dillər üzrə fəaliyyət göstərən 960 müəllimin 97,5 faizi ali, 2,5 faizi isə orta ixtisas təhsilinə malikdir.

Statistika göstərir ki, ən yüksək ali təhsil göstəricisi kimya, biologiya və riyaziyyat fənləri üzrə qeydə alınıb. Bu fənlərdə müəllimlərin 99% və daha çoxu ali təhsillidir.

Избранный
9
azedu.az

1Источники