RU

“Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsində birinci mərhələsində 200 nəfər işlə təmin olunacaq (FOTO)

Gəncə.Trend:

Xəbər verdiyimizkimi, ötən gün Prezident İlham Əliyev və Birinci xanım MehribanƏliyeva Gəncədə bazalt məhsullarının istehsalı müəssisəsinintəməlqoyma mərasimində iştirak ediblər.

Bu məqsədlə Gəncə şəhərinə Prezidentin İzi ilə təşkil edilmişmedia turda jurnalistlər Gəncə şəhərində “Azerbazalt” MMC-ninbazalt məhsullarının istehsalı müəssisəsində olublar.

Trend-in yerlibürosunun xəbərinə görə, media nümayəndələrinə məlumat verilərəkbildirilib ki, burada bazalt tozu və onun əsasında orqanik gübrəistehsalı həyata keçiriləcək.

Məlumata görə, layihə iki mərhələdə icra olunacaq, birincimərhələnin investisiya dəyəri 27 milyon manat təşkil edəcək:

“İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesininİnkişafı Fondu layihədə 30 faiz paya malikdir. Ümumi sahəsi 4hektar olan zavodda ildə 360 min ton orqanik gübrənin istehsalıplanlaşdırılır. İsveç və Türkiyə texnologiyaları əsasında qurulacaqmüəssisədə əsas xammal kimi Göygöl rayonunun “Çaykənd” yatağındançıxarılan yüksəkkeyfiyyətli bazaltdan istifadə ediləcək. Layihəninbirinci mərhələsində 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdətutulur. Layihənin ikinci mərhələsində isə bazalt əsasında yüksəktexnoloji innovativ məhsulların - bazalt lifi, 3D printer üçünxammal olan filamenin və digər sənaye materiallarının istehsalıhəyata keçiriləcək. Bu isə öz növbəsində layihəyə əlavə stratejidəyər verməklə yanaşı, müdafiə, tikinti və yüksək texnologiyalarsektorlarının müasir və davamlı məhsullarla təmin olunmasına töhfəverəcək. Layihənin ikinci mərhələsi çərçivəsində 300 nəfər işlətəmin olunacaq. Məhsullar həm daxili tələbatı ödəyəcək, həm dəxarici bazarlara ixrac olunacaq”.

Qeyd edilib ki, xüsusilə yüksək texnoloji bazalt məhsullarınabeynəlxalq bazarlarda böyük tələbat var:

“Bazalt mənşəli məhsullar kənd təsərrüfatı və sənaye sahələriüçün yüksək dəyərə malik, ekoloji cəhətdən təhlükəsiz vəçoxfunksiyalı materiallardır. Vulkanik mənşəli və yüksək mineraltərkibli bazalt tozu torpağın qida balansını bərpa edir,strukturunu yaxşılaşdırır və məhsuldarlığı artırır, su hövzələrininturşulaşmasının qarşısını alır. Bazalt liflərindən isə filtrasiya,səsboğucu, istilik buraxmayan, korroziyaya davamlı örtüklər, betonüçün qatqı və tikinti sahəsində istifadə olunan digər yüksəkdayanıqlı materiallar istehsal edilir. Bu materiallar yüksəkistilik müqaviməti, dayanıqlılığı və ekoloji təmizliyi ilə seçilir.Həmin xüsusiyyətlərinə görə bazalt lifləri aviasiya, rakettexnikası, müdafiə və avtomobil sənayesi kimi yüksək texnolojisahələrdə geniş istifadə olunur.

Bu müəssisənin yaradılması yerli resursların əlavə dəyərəçevrilməsi, ekoloji və dayanıqlı istehsal modeli ilə Azərbaycanınqeyri-neft sənayesinin inkişafına xidmət edəcək,rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalını artıracaq.Müəssisədə xammal kimi yerli bazaltdan istifadə isə daxili təbiiehtiyatların səmərəli dəyərləndirilməsini təmin etməklə, istehsalzəncirini möhkəmləndirəcək”.

“Azerbazalt”
“Azerbazalt”
“Azerbazalt”
“Azerbazalt”
“Azerbazalt”
Məqalədə:
Избранный
19
az.trend.az

1Источники