RU

Vens: Avropa Ukraynanın təhlükəsizliyində aparıcı rol oynamalıdır

“Düşünmürəm ki, biz burada bütün yükü daşımalıyıq... Prezident, şübhəsiz ki, Avropanın bu məsələdə liderlik edəcəyini gözləyir. Hansı formada olursa olsun, avropalılar yükün aslan payını öz üzərlərinə götürməlidirlər. Bu, onların qitəsidir, onların təhlükəsizliyidir və prezidentin mövqeyi aydındır: addım atan tərəf onlar olmalıdır”.

Ölkə.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey DeVens “Fox News”a müsahibəsində deyib.

Vitse-prezidentin sözlərinə görə, Avropa ölkələri Ukraynanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xərcləri ödəməlidirlər.

“Reuters”in məlumatına görə, ABŞ Ukraynaya hərbi yardım üçün milyardlarla dollar ayırmasının əleyhinədir. Bu səbəbdən Ağ Ev Vaşinqtonun Kiyevin müdafiəsini maliyyələşdirmək üçün “boş çeklər yazmağa” davam etməyəcəyini bəyan edib. Bu baxımdan, Donald Tramp da məsuliyyətin əsasən avropalı müttəfiqlərin üzərinə qoyulmasını istəyir.

Vitse-prezident əlavə edib ki, Rusiya Ukrayna ərazilərinin bir hissəsini istəyir: “Çoxunu işğal edib, lakin bəzilərinə iddiası yoxdur”.

Избранный
15
3
olke.az

4Источники