RU

Manyak Çikatilonun oğlu Ukrayna tərəfində ruslara qarşı döyüşərkən Xarkov yaxınlığında həlak olub.

SSRİ-nin ən qəddar manyaklarından olan Yuri Çikatilonun oğlu Ukrayna Silahlı Qüvvələrinin tərəfində keçirilən hərbi əməliyyatlar zamanı həlak olub. SHOT-un məlumatına görə, Rusiya silahlı qüvvələri Xarkov vilayətində gedən döyüş zamanı onu məhv edib. Ukrayna hakimiyyəti manyakın oğlunu ölümündən sonra “İgidlik” ordeni ilə təltif etmək niyyətindədir.

Xəbərdə deyilir ki, seriyalı qatil Andrey Çikatilonun oğlu Yuri Rusiyaya qarşı döyüşə Mərkəzi Hərbi Dairənin əsgəri kimi gedib. 8 ay əvvəl qatilin oğlunun itkin düşdüyü məlum olub. Sonradan məlum olub ki, o, Xarkovdan 20 kilometr aralıda öz briqadası ilə birlikdə Rusiya Silahlı Qüvvələri tərəfindən kütləvi atəşə məruz qalaraq ölüb.

Yada salaq ki, Yuri Çikatilo cinayət təqibindən yayınmaq üçün Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub. Ukraynada o, yol hərəkəti qaydalarını pozduğuna görə aliment, kredit və cərimələr üzrə xeyli borclarına görə məhkəmə icraçıları və polis tərəfindən axtarışa verilib.

Əziz Mustafa

Избранный
53
1
oxumeni.az

2Источники