ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 21 avqust, AZƏRTAC
Avqustun 20-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Rasim Lariyonovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Suraxanı Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, ilkin araşdırmalarla 1975-ci il təvəllüdlü Emil Hüseynovun aralarında baş vermiş mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rasim Lariyonovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.