RU

Manyak-qatil Çikatilonun oğlu Ukraynada müharibədə ÖLDÜ

Qatil-manyak Çikatilonun oğlu Ukraynada həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb. Bildirilir ki, SSRİ-nin ən dəhşətli manyakının oğlu Yuri Çikatilo Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşərkən Ukraynada həlak olub.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, kiçik Çikatilo Xarkovdan 20 kilometr aralıda artilleriya bölməsinin tərkibində olub. Onun dəstəsi kütləvi artilleriya atəşinə məruz qalıb.

Seriyalı qatil Andrey Çikatilonun oğlu Rusiyaya qarşı döyüşə müharibənin lap əvvəlində gedib və 8 ay əvvəl itkin düşüb.

Ukrayna onu yalnız indi ölü kimi tanıyıb. Üstəlik, o, “qəhrəmancasına” həlak olub. O, ölümündən sonra 2-ci dərəcəli “İgidliyə görə” ordeninə təqdim olunacaq.

Yuri Çikatilo cinayət təqibindən qaçmaq üçün Ukrayna Silahlı Qüvvələrinə qoşulub.

Ukraynada aliment, kredit və yol cərimələrinə görə külli miqdarda borclarına görə məhkəmə icraçıları və Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.

Onun atası Andrey Çikatilo 53 qətl törədib və 1994-cü il fevralın 14-də edam edilib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
41
interpress.az

1Источники