RU

Bir uşaq bağçası azlıq etdi, növbətisi açıldı - Fotolar

MİDA Yasamal Yaşayış Kompleksində növbəti uşaq bağçası fəaliyyətə başlayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.

Bildirilib ki, MİDA Yasamal Yaşayış Kompleksində yerləşən və BŞTİ tərəfindən yeni təhvil alınmış 351 nömrəli körpələr evi-uşaq bağçasının müvafiq qaydalara uyğun olaraq fəaliyyətə başlaması üçün zəruri prosedurlar tamamlanıb.

Valideynlər bu gün saat 11:00-dan etibarən www.bq.edu.az elektron qeydiyyat sistemi vasitəsilə qeydiyatdan keçə bilərlər.

Qeyd edək ki, ərazidə 345 nömrəli körpələr evi-uşaq bağçası da fəaliyyət göstərir. Valideynlər ərazidə yalnız bir uşaq baxçasının olmasından narazı idilər.






Избранный
10
2
qafqazinfo.az

9Источники