Dağıstanda Azərbaycanla sərhəddə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən işə götürülən əcnəbi saxlanılıb.
"Cebheinfo.az" unikal.az -a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhqiqat Xidməti məlumat yayıb.
Xüsusi xidmətin məlumatına görə, xarici ölkə vətəndaşı, 1989-cu il təvəllüdlü Rufullayev Yadulla Ramiz oğlu Rusiya-Azərbaycan dövlət sərhədinin “Yaraq-Kazmalyar”sərhəd-keçid məntəqəsindən keçərkən saxlanılıb.
O, Rusiya Hərbi-Sənaye Kompleksinin (MİK) əməkdaşından oğurlanmış məxfi sənədləri Ukraynaya göndərmək üçün qaçırırmış:
"O, Rusiya hərbi-sənaye kompleksinin məxfi daşıyıcılarından birinə hücum nəticəsində əldə edilmiş rəsmi materialların Rusiya ərazisindən çıxarılması əməliyyatını həyata keçirirdi".
Həmin şəxs etiraf edib ki, Rufullayevin qardaşı, Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşı, 1981-ci il təvəllüdlü Səbuhi Ramiz oğlunun göstərişi ilə sənədləri və mobil telefonu sonradan Ukraynaya çatdırmaq üçün Kurqan vilayətində gizləndiyi yerdən götürüb.
"Cebheinfo.az"