RU

Ronaldonun toyu: Görün nə qədər pul xərcləyəcək…

“Əl-Nəsr”in ulduz futbolçusu Kristiano Ronaldonun və Corcina Rodriqesin toyu tarixin ən bahalı mərasimlərindən biri ola bilər.

KONKRET.az publika.az-a istinadən xəbər verir ki, cütlüyün səs-küylü və çoxmilyonlu nişan mərasimindən sonra mütəxəssislər hesab edirlər ki, onların toyunun xərcləri 10 milyon avrodan baha başa gələcək. Burada keçiriləcəyi məkan, dəbdəbəli libaslar, əyləncə proqramları, səyahətlər və gücləndirilmiş mühafizə nəzərə alınır. Təkcə üzük belə azsaylı ictimai fiqurların özünə rəva görə biləcəyi lüksün göstəricisidir.

Ronaldonun qlobal şöhrəti və Corcinanın artan nüfuzu nəzərə alındıqda, toyun əsl mədəniyyət hadisəsinə çevriləcəyi gözlənilir. Onların sevgi hekayəsi və beşuşaqlı böyük ailəsi bu günü sadəcə nikah yox, həm də müasir bir nağıla çevirir.

Tədbirin harada keçiriləcəyi, Madrid, ər-Riyad və ya başqa bir romantik şəhərdə baş utacağı hələlik açıqlanmayıb. Amma bir şey aydındır: bu mərasim ulduzların toy tarixində mühüm məqam kimi yadda qala və həqiqi “əsrin toyu”na çevrilə bilər.

Избранный
13
6
konkret.az

7Источники