Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sonra dövlətimizin başçısı sakinlərə mənzillərin açarlarını təqdim edib.