RU

Mingəçevirdə əhalinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı”na uyğun olaraq İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti Mingəçevir şəhərində əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı, kanalizasiya şəbəkə və qurğularının yenidən qurulması işləri həyata keçirir.

 

Bu barədə Xidmətdən bildirilib.

 

Mingəçevir şəhər Sukanal İdarəsi əhalini içməli su ilə təmin edir, tullantı suları sutəmizləyici qurğulara ötürülür, yağış sularının idarə olunması işlərini həyata keçirir, o cümlədən qanunsuz birləşmələrə qarşı mübarizə aparır. “Texniki şərt əsasında abonent qoşulmalarını həyata keçirir, tullantı su, o cümlədən su şəbəkəsində baş verən hər hansı bir qəzanın aradan qaldırılması işlərini görür. Xətlərin yenilənməsi, yeni xətlərin çəkilməsi də Mingəçevir şəhər Sukanal İdarəsinin gördüyü işlərə aiddir”.

 

İdarə əhali qrupu üzrə 31978 və qeyri-əhali qrupu üzrə 1598 olmaqla, ümumilikdə 33576 abonentə xidmət göstərir. Abonentlərin sayğaclaşma səviyyəsi 97 faiz təşkil edir.

 

Məhsuldarlığı sutkada 55 min kub metr olan müasir sutəmizləyici qurğu və tutumu 10 min kub metr olan mərkəzi su anbarı tikilərək istismara verilib.

 

Şəhəri içməli su ilə təmin etmək üçün xam su Mingəçevir Su Anbarından diametri 800 millimetr olan boru xətti ilə sutəmizləyici qurğuya verilir. Sutəmizləyici qurğuda su 28 ədəd qum süzgəcindən keçərək asılı hissəciklərdən təmizlənir və maye xlorla zərərsizləşdirilir. Emal olunmuş su qurğunun nasos stansiyasında quraşdırılmış 200 kilovatlıq 3 ədəd nasos aqreqatı vasitəsilə diametri 820 millimetr olan boru ilə mərkəzi su anbarına ötürülür.

 

Migəçevir şəhər Sukanal İdarəsinin sahə rəisi Elçin Salmanov Mingəçevir şəhər Sutəmizləyici Qurğular Kompleksi haqqında məlumat verərək qeyd edib ki, gün ərzində saatda 2500 kub su təmizlənib mərkəzi su anbarına ötürülür. “Su anbardan diametri 1000 millimetrlik boru ilə şəhərə özaxımı vasitəsilə ötürülür. Mingəçevir şəhər Sutəmizləyici Qurğular Kompleksində laboratoriyamız yerləşir. Laboratoriya gün ərzində suyun tərkibini nəzarətdə saxlayır.

 

Mingəçevir Su Anbarından sutəmizləyici qurğulara daxil olan su orada təmizlənərək +82 Su Anbarına daxil olur. Ümumiyyətlə Mingəçevir şəhəri üzrə su şəbəkəsinin uzunluğu 340 kilometrdir. Magistral xətlər 41 kilometr təşkil edir. Küçə və məhəllə daxili xətlər isə 299 kilometrdir. Şəhərə özaxımı ilə verilən su minlik xətlə ötürülür və 5,5 kilovatlıq 2 nasos da fəaliyyət göstərir. Dövlət Proqramı ilə 210 kilometrlik xətt çəkilib. 3 kanalizasiya stansiyası tikilib. Layihədə Çirkab Sutəmizləyici Qurğusunun tikilməsi nəzərdə tutulur ki, bununla bağlı da işlərə başlanılıb. 2 ədəd məhəllə daxili sutəmizləyici qurğu, 8 ədəd kanalizasiya nasos stansiyası var. Bütün bu işlər Mingəçevir şəhər Sukanal İdarəsi tərəfindən həyata keçirilir. 24 saat içməli su ilə şəhər təmin olunur. Bununla yanaşı baş verən qəzaların aradan qaldırılması və qeyri-qanuni qoşulmalar, onlarla mübarizə və yeni abonent xətlərinin texniki şərtə uyğun olaraq çəkilməsi işləri görülür.

 

Şəhərin kanalizasiya şəbəkəsinin ümumi uzunluğu 316,6 kilometrdir. O cümlədən, magistral boru xəttlərinin uzunluğu 62,5 kilometr, küçə və məhəllə daxili boru xəttlərinin uzunuğu 254,1 kilometrdir. İdarənin istismarında 2 məhəllə daxili tullantı su təmizləyici qurğu və 8 kanalizasiya nasos stansiyası vardır.

 

Layihədə həmçinin Xaldan şossesinin yaxınlığında sutkalıq gücü 65000 kubmetr olan yeni Çirkab Sutəmizləyici qurğusunun tikilməsi nəzərdə tutulub. Şəhər ərazisində Texniki şərtə uyğun olaraq yeni qoşulmalar müntəzəm həyata keçirilir.

Tarix: 21 Avqust 2025, 12:22   
Избранный
26
19
pravda.az

10Источники