RU

FTX Dağıstanda ƏMƏLİYYAT KEÇİRDİ: Daha bir azərbaycanlı SAXLANILDI

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Azərbaycan vətəndaşı, 1989-cu il təvəllüdlü Rufullayev Yadulla Ramiz oğlunu Dağıstanın Azərbaycanla sərhədində yerləşən “Yaraq-Kazmalyar” avtomobil buraxılış məntəqəsində saxlayıb.

Ulusal.az xəbər verir ki, o, “Rusiya hərbi-sənaye kompleksinin əməkdaşından oğurlanmış məxfi sənədləri Ukraynaya göndərmək məqsədilə gəzdirməkdə” ittiham olunur.

FTX-nin açıqlamasına görə, Rufullayev Yadulla sənədləri Ukraynada yaşayan və UTX agenti olan qardaşı, 1981-ci il təvəllüdlü Səbuhi Rufullayevin göstərişi ilə əldə etdiyini etiraf edib. Sənədlər və mobil telefon sonradan Ukraynaya göndərilmək üçün Kurqan vilayətində gizlədilib.

Faktla bağlı Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı düşmənə kömək maddəsi ilə cinayət işi açılıb. Bu maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

FTX bildirib ki, cinayətlərin təşkilində iştirak edən bütün şəxslərin müəyyən edilməsi və onlara sifariş verənlərin tapılması üçün əməliyyat-axtarış tədbirləri və istintaq davam etdirilir.

Избранный
52
moderator.az

1Источники