RU

Fransada taksi sürücüləri etiraz aksiyalarına hazırlaşırlar

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paris, 21 avqust, AZƏRTAC

Fransada taksi sürücüləri sentyabrın 5-dən ölkə üzrə genişmiqyaslı etiraz aksiyalarına başlayacaqlar. Bununla bağlı Fransada fəaliyyət göstərən taksi federasiyaları qərar verib. Etiraz aksiyaları səhiyyə nəqliyyatına tətbiq olunan yeni tariflərlə bağlıdır.

AZƏRTAC xəbər verir ki, Fransa Taksi İttifaqları Birliyindən verilən məlumata görə, sentyabrın 5-i saat 7:00-dan Parisdə mitinq başlayacaq. Eyni zamanda, taksi sürücüləri bütün bölgələrdə stansiya, liman, aeroport, yanacaq terminalları və xəstəxanaların ətrafında toplaşacaqlar.

Taksi sürücüləri hökumətə təkliflər təqdim etdiklərini, lakin buna məhəl qoyulmadığını bildiriblər. “Əgər hökumət geri addım atmasa, bütün ölkə iflic ola bilər. Biz ədalətli dialoq və real müzakirə istıyirik”, - deyə onlar xəbərdarlıq ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
61
2
azertag.az

3Источники