RU

İlin ilk altı ayında 158 mindən çox şəxs sürücülük vəsiqəsi alıb


Bu ilin yanvar-iyun aylarında nəqliyyat vasitələrinin idarə olunması üçün   SÜRÜCÜLÜK   VƏSİQƏSİ    alan şəxslərin sayı 158 MİN  NƏFƏR  OLUB. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, onların 131 min 657 nəfərini kişilər, 26 min 852 nəfərini isə qadınlar təşkil edib.
Verilən vəsiqələrdən 95 min 117-si, yəni kişilərə verilən vəsiqələrdən 87 min 784-ü, qadınlara verilən vəsiqələrdən isə 7 min 333-ü dəyişdirilən vəsiqələr olub.

Избранный
34
12
nuh.az

10Источники