RU

Azərbaycanda beynəlxalq turnir: "Trabzonspor", "Başakşəhər", "Dinamo Tbilisi" və sair komandalar gəlir

Azərbaycan gələn həftə beynəlxalq turnirə ev sahibliyi edəcək.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 25-28 avqust aralığında Qubada beynəlxalq futbol turniri keçiriləcək.

"Ulduz Futbol Akademiyası"nın təşkilatçılığı və AFFA-nın dəstəyi ilə baş tutacaq 12 yaşlılıar arasında "Ulduz CUP” turnirində 12 komanda iştirak edəcək. Bunlardan yalnız 4-ü Azərbaycan təmsilçisi, 8-i isə xarici komçandalardır. Söhbət "Trabzonspor", "Başakşəhər" (hər ikisi Türkiyə), "Paxtakor", "Bunyadkor" (hər ikisi Özbəkistan), "Dinamo Tbilisi" (Gürcüstan), "Şaxtyor" (Qazaxıstan), "Sduşorsi" (Qırğızıstan) və "Aspire Akademiya" (Qətər) komandalarından gedir. Azərbaycan komandalarına gəlincə, "Ulduz Futbol Akademiyası" ilə yanaşı, "Qarabağ", "Neftçi" və "Sabah"ın 12 yaşlıları yarışda qüvvəsini sınayacaqlar. 

İştirakçı qonaq komandalar Azərbaycana 23-24 avqustda təşrif buyuracaqlar. İştirakçılar Qubada 3 hoteldə məskunlaşacaqlar. 

İştirakçılar 3 qrupda mübarizə aparacaqlar:

A qrupu 

Ulduz FA 
Trabzonspor 
Sduşorsi  
Aspire Akademiya

B qrupu 

Qarabağ
Dinamo Tbilisi 
Başakşəhər 
Bunyadkor 

C qrupu
 
Sabah 
Paxtakor
Neftçi 
Şaxtyor

Qrup mərhələsinin təqvimi belədir:

A qrupu

25.08.2025 16:30 Ulduz FA – Trabzonspor
25.08.2025 18:00 Aspire Akademiya – Sduşorsi
26.08.2025 11:00 Ulduz FA – Sduşorsi
26.08.2025 11:00 Trabzonspor – Aspire Akademiya
26.08.2025 18:00 Ulduz FA – Sduşorsi
26.08.2025 18:00 Trabzonspor - Aspire Akademiya

B qrupu

25.08.2025 10:00 Qarabağ – Dinamo Tbilisi
25.08.2025 10:00 Başakşəhər – Bunyadkor 
26.08.2025 09:00 Qarabağ – Başakşəhər
26.08.2025 09:00 Dinamo Tbilisi – Bunyadkor
26.08.2025 16:00 Qarabağ – Bunyadkor
26.08.2025 16:00 Başakşəhər - Dinamo Tbilisi

C qrupu

25.08.2025 09:00 Sabah – Paxtakor
25.08.2025 09:00 Neftçi – Şaxtyor
26.08.2025 10:00 Sabah – Neftçi 
26.08.2025 10:00 Paxtakor – Şaxtyor
26.08.2025 17:00 Sabah – Şaxtyor
26.08.2025 17:00 Paxtakor – Neftçi

Mirağa

Избранный
49
1
fanat.az

2Источники