Ukrayna müharibənin 1275-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 073 530 hərbçi, 11 120 ədəd tank, 23 157 ədəd zirehli döyüş maşını, 31 789 ədəd artilleriya sistemi, 1 471 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 209 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 59 316 ədəd avtomobil texnikası, 52 469 ədəd PUA, 3 565 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 944 xüsusi avadanlıq itirib.