RU

"Yeni Konstitusiya layihəsi üzərində işləyirik" - Paşinyan

"Biz Konstitusiya ilə bağlı öz mövqelərimizi bildirmişik. Onu da demişəm ki, ratifikasiya prosesində Konstitusiya Məhkəməmiz indi paraflanmış və yekunda imzalanmış “Sülh müqaviləsi”nin Konstitusiyaya zidd olduğu qənaətinə gəlsə, mən özüm konstitusiya dəyişiklikləri təşəbbüsü ilə çıxış edəcəyəm". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 21-də nazirlər kabinetinin növbəti iclasında deyib. 

Onun sözlərinə görə, hazırda bu barədə düşünməyə ehtiyac və ya zərurət yoxdur: "Lakin digər tərəfdən hamıya xatırlatmaq istəyirəm ki, bizim bir vaxtlar 2027-ci ilə qədər son tarix kimi qeyd etdiyim yeni Konstitusiyanın qəbulu ilə bağlı gündəliyimiz var. Biz indi yeni Konstitusiya layihəsi üzərində işləyirik və o hazır olandan sonra çox güman ki, referendum keçirəcəyik".

Ağarza Elçinoğlu 

Избранный
3
3
unikal.az

6Источники