RU

Naxçıvanda MİQ-in müsahibə mərhələsinə start verilib

Avqustun 21-dən Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.

AzEdu.az-ın əldə etdiyi məlumat görə, müsahibə mərhələsinə ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müsabiqənin test mərhələsində uğur qazanan 152 namizəd dəvət olunub. Müsahibələr 2 gün davam edəcək. 
Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Müsahibə mərhələsində uğur qazanan namizədlər Naxçıvanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.
Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınır və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmur.

Избранный
18
7
azedu.az

10Источники