RU

Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi

"Xatırlatmaq istərdim ki, bizim yeni Konstitusiyanın qəbulu ilə bağlı gündəliyimiz var və mən son tarix kimi 2027-ci ili göstərmişəm, hazırda layihə üzərində işləyirik, o hazır olandan sonra referendum keçirəcəyik".

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 21-də jurnalistlərlə söhbətində deyib.

O, əmin edib ki, bunun hazırkı proseslə heç bir əlaqəsi yoxdur, baxmayaraq ki, strateji baxımdan onlar da bu prosesə təsir edə bilərlər.

"Mən onu da bildirdim ki, əgər ratifikasiya prosesində Konstitusiya Məhkəməmiz Azərbaycanla indi paraflanmış və sonradan imzalanacaq sülh sazişinin Konstitusiyaya zidd olduğu barədə qərar çıxarsa, mən özüm Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı təşəbbüs göstərəcəyəm. İndi bu barədə düşünməyə ehtiyac yoxdur", - Paşinyan qeyd edib.

Избранный
19
3
modern.az

6Источники