RU

Rusiyadan azğınlıq: SOCAR-dan sonra ABŞ-ın zavodunu vurdu

Bildiyiniz kimi, bir neçə gün əvvəl Rusiya Silahlı Qüvvələri Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurdu. Məlumatda Rusiyanın “Şahid” PUA-ları vasitəsilə SOCAR-ın Odessada yerləşən terminalına hücum etdiyi bildirildi. 

Təbii ki,  bu da Azərbaycanın SOCAR şirkətinin obyektlərinin alovlanmasına səbəb olub. Nəticədə Azərbaycanın SOCAR şirkətinin obyektlərinin alovlanmasına səbəb olub. Xatırladaq ki, Rusiya avqustun 8-də SOCAR-ın Odessa vilayətindəki neft bazasına hücum etmişdi.

 

Adalet.az  Rusiyanın Ukraynaya kütləvi hava zərbələri nəticəsində raketlərdən biri ABŞ-ın böyük elektronika istehsalçısı olan zavoda dəyib.

Məlumatı Ukrayna xarici işlər naziri Andrey Sibiqa  yayıb. Müharibənin mənzərəsində dəyişiklik yoxdu. Beləki, Ukrayna  Baş Qərargahı müharibənin 1275-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Məlumata əsasən, Rusiya indiyə qədər 1 073 530 hərbçi, 11 120 ədəd tank, 23 157 ədəd zirehli döyüş maşını, 31 789 ədəd artilleriya sistemi, 1 471 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 209 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 59 316 ədəd avtomobil texnikası, 52 469 ədəd PUA, 3 565 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 944 xüsusi avadanlıq itirib.

P.S. Rusiya o qədər azğınlaşıb ki, hədəfində tək Ukrayna yox, hər kəs var. İstər Azərbaycan olsun, istərsə də ABŞ!

 Əntiqə Rəşid

Избранный
14
adalet.az

1Источники