Qırğızıstanın İssık-Kul bölgəsində İrandan olan iki alpinistlə əlaqə kəsilib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS-a Qırğızıstan prezidentinin İssık-Kul vilayətindəki nümayəndəliyindən məlumat verilib.
"İki nəfərdən ibarət İran komandası... yoxa çıxıb və əlaqə saxlamayıb", - agentlik mənbədən sitat gətirib.
Onun sözlərinə görə, alpinistlər ölə bilər.
Bundan əvvəl Omskdan olan biznesmeni Aleksey Ermakov Qırğızıstanın Tyan-Şanda Xan-Tenqri zirvəsinə qalxarkən həlak olub.