RU

Azərbaycanlıların yazıçılara qarşı genetik nifrəti var Ulucay Akif

Kulis.az saytından alınan məlumata görə, ain.az bildirir.

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Sizin səmimiyyətinizə niyə inanmadığımı deyim?Xalq yazıçısı Anar 35 ildir Yazıçılar Birliyinin sədridir, düzdürmü?Bəli, düzdür.Siz də hər fürsətdə buna etiraz edirsiniz, Anarı təhqir edirsiniz, düzdürmü?Düzdür.Bəs yaxşı, Rəssamlar İttifaqının sədri 40 ildir ki, Fərhad Xəlilovdur, niyə indiyə kimi, bir dəfə də olsa, bu haqda nəsə yazmamısınız?Ölkənin bütün başbilənləri, hər şeydən başı çıxanları mənim dostluğumdadır, amma indiyə kimi görmədim ki, onlardan hansısa Fərhad Xəlilovu, Rəssamlar İttifaqını tənqid eləsin.Niyə?Niyəsi çoxdur, ta keçib, hamısını bir-bir sadalayacam.Birinci səbəb odur ki, azərbaycanlıların dərdi, problemi yazıçılarladır. Azərbaycanlıların içində yazıçılara qarşı qəribə bir nifrət var.Dədə-babalarından qalma bir nifrətdir. Necə ki, o vaxt dədə-babalarının Cəlil Məmmədquluzadədən, Sabirdən, Axundovdan zəhlələri gedib, bu gün də özlərinin yazıçılardan zəhləsi gedir. Genetik nifrətdir.Rəssamlar isə onlar üçün heç nə ifadə eləmir. Ümumiyyətlə, onlara heç maraqlı deyil Rəssamlar İttifaqı var ya yox, qurultayları qapalı keçirilir ya açıq?Sizə deyim ki, heç rəssamların özləri belə 40 ildir Fərhad Xəlilovun sədr olmağına etiraz eləmirlər. Şəxsən mən görməmişəm belə bir fakt.

Siz görmüsünüz?Amma yazıçılar arasında Anarın sədrliyinə açıq-aşkar etiraz edən o qədər yazıçı var ki.Və sizə bir gülməli fakt da deyim. Azərbaycanlılar Anara etiraz edən yazıçılarla da məzələnirlər. Onların üstünə də "guya sən özün nə yazmısan ki?!" kimi cümlələrlə hücum edirlər. Yaxud Bəstəkarlar İttifaqı. Bəstəkarlar İttifaqının sədri 20 ildir ki, Firəngiz Əlizadədir. Heç görmüsünüz ki, camaat Bəstəkarlar İttifaqını, Firəngiz Əlizadəni tənqid eləsin? Mən görməmişəm. Heç qurultaylarından-filan da xəbərimiz olmur.Amma Yazıçılar Birliyinin qurultayında jurnalistlər Ramiz Rövşənin xırtdəyindən yapışırlar ki, niyə Anar 35 ildir sədr seçilir?! Çingiz Abdullayevə mikrofon uzadırlar ki, bu qurultaydakı güllərə nə qədər pul xərcləmisiniz?!Amma indiyə kimi nə Bəstəkarlar İttifaqının, nə Rəssamlar İttifaqının Qurultayından, tədbirindən qalmaqallı bir reportaj hazırlandığını görmüşəm.Guya Yazıçılar Birliyinə başqa birini sədr seçsələr, azərbaycanlılar o sədri öpüb alnının üstünə qoyacaq? Təbii ki, yox. Dediyim kimi, səbəb bəllidir, azərbaycanlıların yazıçılara qarşı genetik bir nifrəti var. Çünki yüzillər boyu yazıçılar bu xalqın mənfi tərəflərini yazıblar (düzəlməsi üçün!). İnsanlar isə bunu nifrət kimi başa düşüb. Məsələn, azərbaycanlılar Mikayıl Müşfiqi alnındakı güllə izinə görə sevirlər, Hüseyn Cavidi həbsdə, sürgündə səfil gününə qaldığı üçün sevirlər.

İnanın ki, Mikayıl Müşfiq çox yox, 60-70 il yaşasa, ona da bir şəbədə qoşacaqdılar, Hüseyn Cavid sürgün olunmasa, onun da eynəyi ilə məzələnəcəkdilər.

"Kuruluş Osman"ın yeni baş rolu

Çəkilişlərdə eynəyi 160 dəfə dəyişdirilən məşhur film personajı

Müğənni Rəqsanənin həyat yoldaşı da istintaqa cəlb edildi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
kulis.az

1Источники