RU

Ali məktəblərə ixtisas seçiminin nəticələri gələn həftə elan olunacaq

Ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə ixtisas seçiminin nəticələri gələn həftə elan olunacaq.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib.

“Nəzərinizə çatdırırıq ki, hazırda müsabiqə nəticələrinin emalı davam edir və ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan – Fransız Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və s.) yerləşdirilənlərin, o cümlədən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunanların siyahıları dəqiqləşdirilir. Bu proses müəyyən qədər vaxt tələb edir. Müsabiqə nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur”, deyə DİM-dən bildirilib

Избранный
7
36
apa.az

10Источники