RU

Ali məktəblərə ixtisas seçiminin nəticələri gələn həftə elan olunacaq

Ali təhsil müəssisələrinin bakalavriat pilləsi üzrə ixtisas seçiminin nəticələri gələn həftə elan olunacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

“Nəzərinizə çatdırırıq ki, hazırda müsabiqə nəticələrinin emalı davam edir və ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan – Fransız Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və s.) yerləşdirilənlərin, o cümlədən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunanların siyahıları dəqiqləşdirilir. Bu proses müəyyən qədər vaxt tələb edir. Müsabiqə nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur”, – deyə DİM-dən bildirilib.

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi 19 avqust saat 23:59-da başa çatıb. 86 min 460 abituriyent ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrini təsdiq edib.

AzPost.az

Избранный
5
36
azpost.info

10Источники