RU

Prezident bu hadisəyə pis oldu, incidi, görüşməkdən imtina elədi

«Araz-Naxçıvan»ın Konfrans Liqasının üçüncü təsnifat mərhələsində «Omoniya»ya hər iki oyunda böyük hesabla məğlub olması Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundovda böyük məyusluq yaradıb.

NFF-nın birinci şəxsi komanda üzvlərindən bərk inciyib. Tanınmış iş adamı Kipr səfərindən sonra məşqçi korpusu ilə görüşməkdən imtina edib.

O, futbolçularla gözlənilən iclası da keçirmək istəməyib. Axundovu narazı salan Elmar Baxşıyev və köməkçilərinin kollektivi bu qarşılaşmalara lazımı səviyyədə hazırlamamasıdır.

Həmçinin oyunçuların «Aris»i udmaqla işlərini bitmiş sayması Zaur bəyi əsəbiləşdirib. Baxmayaraq ki, başqan əvvəlki mərhələdə Yunanıstan klubunu üstələyən «Araz»a 200 min manat mükafat ödəyib.

Belə deyək, rəhbər şəxs öz üzərinə düşən işi görüb, onlar isə «Omoniya»ya barmaqarası yanaşıb.

Nəticədə komanda Bakıda 0:4, Nikosiyada 0:5 hesabıyla uduzaraq, avrokuboklarda mübarizəni dayandırıb.

SPORTİNFO.AZ

Избранный
30
sportinfo.az

1Источники