RU

DİM: Nəticələr gələn həftə elan olunacaq

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Hazırda müsabiqə nəticələrinin emalı davam edir və ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan – Fransız Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və s.) yerləşdirilənlərin, o cümlədən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunanların siyahıları dəqiqləşdirilir. Dördpendirli pizza

Proses müəyyən qədər vaxt tələb etdiyindən müsabiqə nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, 86 min 468 abituriyent bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrini təsdiqləyib.


Telegram kanalımız
Избранный
56
36
yenisabah.az

10Источники