RU

A.Yermak: Ukrayna təhlükəsizliyin təmin edilməsinin hərbi komponenti üzərində aktiv işə başlayıb

Ukrayna tərəfi artıq təhlükəsizliyin təmin edilməsinin hərbi komponenti üzrə fəal işə başlayıb. Bu barədə Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak öz Telegram-kanalında bildirib.

O qeyd edib ki, Vaşinqtondan qayıtdıqdan sonra Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, Finlandiyadan olan milli təhlükəsizlik müşavirləri, həmçinin Aİ və NATO nümayəndələri ilə ilk uzun koordinasiya söhbəti aparıb.

"Biz birlikdə liderlərin müəyyən etdiyi prioritetlərə aydın şəkildə əməl edirik. Təcavüzün təkrarlanmasının qarşısını almaq üçün hər şey çox konkret və təsirli olmalıdır. Biz "Budapeşt"in səhvini və onilliklər boyu deklarativ bəyanatları xatırlayırıq. Bizim dövrümüzdə, şübhəsiz ki, səhv olmamalıdır", - Yermak bildirib.

Onun sözlərinə görə, Ukrayna komandaları, ilk növbədə, hərbçilər təhlükəsizliyin təmin edilməsinin hərbi komponenti üzərində artıq aktiv işə başlayıblar.

"Rusiya tərəfi müharibəni uzatmağa və liderlərin görüşünün ikitərəfli və üçtərəfli formatları üzrə razılaşmanı pozmağa davam edərsə, biz də lazımi tədbirlər üçün prosedur hazırlayırıq. Ukrayna müharibənin vicdanla başa çatması ilə bağlı istənilən söhbət formatına hazırdır və biz prezident Trampa, Amerikadakı hər kəsə, Avropadakı hər kəsə verdiyi dəstəyə görə minnətdarıq. Ruslar lazımi addımlar atmalı, yaxud əlavə olaraq dünyanın həqiqətən  ağrılı təzyiqini hiss etməlidirlər. Biz tərəfdaşlarımızla gündəlik olaraq mövqeləri əlaqələndirmək barədə razılığa gəldik”, – Yermak qeyd edib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Избранный
54
azerbaijan-news.az

1Источники