RU

"Borussiya"nın futbolçusu Bundesliqada qalmaq istəyir

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Covanni Reyna klubunu dəyişə bilər.

90deqiqe.Az-ın məlumatına görə,  ABŞ millisinin üzvünün xidmətində Bundesliqanın digər təmsilçisi – Münhenqladbax "Borussiya"sı maraqlıdır. Klub 22 yaşlı futbolçunun transferi üçün Dortmund təmsilçisinə 3,5 milyon avro təklif edib. Lakin "sarı-qaralar" Reynanın satışından minimum 10 milyon avro qazanmaq istəyir. Hazırda tərəflər arasında danışıqlar aparılır.

Qeyd edək ki, bir qədər əvvəl Reyna İtaliyanın "Parma" klubunun təklifini rədd edərək Almaniyada qalmaq istədiyini bildirmişdi.

Ötən mövsüm Covanni Reyna Dortmund "Borussiya"sının heyətində 26 oyunda iştirak edib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.

Избранный
21
90deqiqe.az

1Источники