RU

“Levon Ter-Petrosyan reallıqdan çox uzaq düşüb” –

“Levon Ter-Petrosyan hazırda reallıqdan uzaq düşüb“.

AzPost bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 21-də jurnalistlərlə söhbətində deyib.

O sabiq prezidentin qaçqınlarla bağlı dediklərini rədd edib: “Əgər Levon Ter-Petrosyanın prezidentliyi dövründə qaçqın məsələsi effektiv şəkildə həll olunubsa, onda niyə hökumətimiz 1990-cı illərdəki qaçqınların mənzil ehtiyacları üçün 2018 və ya 2019-cu illərdə bir neçə yüz milyon dram ayırmaq qərarına gəldi? O, reallıqdan uzaq düşüb”.

Paşinyan bildirib ki, Ter-Petrosyan hətta prezidentliyi dövründə də reallıqdan qopmuşdu: “İndi öz idarəçiliyinin keyfiyyətindən danışanda siyasi sui-qəsdlərin paradından başlayaraq, küçələrdə baş verən başıpozuqluğa qədər  bu idarəetmənin keyfiyyətini unudur. Nə deyə bilərəm? Reallıq hissini itirmiş insan”, – baş nazir əlavə edib.

Onun sözlərinə görə, 2008-ci ildə etirazlar zamanı Levon Ter-Petrosyan reallıq hissini itirdiyindən evindən çıxmayıb, tərəfdarlarının problem və məsələlərini həll etməyib. Paşinyan deyib ki, o, sona qədər meydanda olub və meydanı sonuncu tərk edib.

AzPost.az

Избранный
4
1
azpost.info

2Источники