RU

Vətəndaşlar tıxacda qalacaqsa, avtobusdan niyə istifadə etsinlər? TƏKLİF

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Paytaxtda artıq bir sıra küçə və prospektlərdə avtobus zolaqları tətbiq olunub. İlkin nəticələr göstərir ki, bu, sərnişinlərin daha sürətli daşınmasına imkan verir. Lakin bu praktikanın digər küçələrdə tətbiqi barədə müzakirələr gedir.

Maraqlıdır, avtobus zolaqlarının genişləndirilməsi şəhərin nəqliyyat sisteminə, tıxaclara və ictimai nəqliyyatın cəlbediciliyinə necə təsir göstərə bilər?

Nəqliyyat eksperti Yasin Mustafayev Ölkə.az-a açıqlamasında bildirdi ki, ümumiyyətlə, tıxacların azaldılması və hazırkı nəqliyyat problemlərinin həlli yalnız ictimai nəqliyyatın işinin təkmilləşdirilməsi, optimallaşdırılması və cəlbedici hala gətirilməsindən keçir:

"Çünki belə olmasa, avtobuslar da tıxacda qalacaqsa, vaxt itirəcəksə, vətəndaşlar ictimai nəqliyyatdan niyə istifadə etsin ki? Ona görə bu zolaqların təşkil edilməsi vacib məsələlərdəndir. Bunun adı avtobus zolağı olsa da, ümumiyyətlə operativ nəqliyyat vasitələrinin, yəni təcili yardım, yanğınsöndürən, polis və s. buradan hərəkət edir. Onların işini də optimallaşdırır.

Amma bizə bunun ən çox faydalı tərəfi sərnişin daşımaqdadır. Fərdi nəqliyyat vasitələrindən nə qədər az istifadə etsək, o qədər tıxac az olar. Həmçinin ekologiyaya, atmosferə göndərilən zəhərli qazların sayının azalmasında çox mühüm rol oynayır. Bura həmçinin metro stansiyalarının sayının artırılması, nəqliyyat vasitələrinin işinin təkmilləşdirilməsi və genişləndirilməsi də daxildir.

Ölkəmizdə, xüsusilə paytaxtda nəqliyyat sistemi getdikcə daha da təkmilləşdirilir və biz bunu təqdir edirik. Bu prosesin genişləndirilməsi, avtobus zolaqlarının sayının artırılması, insanların ictimai nəqliyyata təşviq olunaraq yönləndirilməsi isə daha məqsədəuyğun olardı. Çünki bu, həm tıxacların azaldılmasına, həm də ekoloji tarazlığın bərpasına mühüm töhfə verir".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
2
olke.az

3Источники