RU

Bakı metrosunda pik saatlarda interval azaldılacaq

Banco.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Bakı Metropoliteni" QSC qatar cütlərinin sayını artıracaq.

Bakı metrosunda qatar cütlərinin sayının 32-dən 34-ə çatdırılması nəzərdə tutulub.

Bu isə o deməkdir ki, metroda pik saatlarda qatarlarası interval azaldılacaq.

Qeyd edək ki, sonuncu dəfə bu ilin may ayında metroda cütlərin sayı 30-dan 32-yə yüksəldilib. Bununla da pik saatlarda qatarlararası interval 1 dəqiqə 52 saniyəyə qədər azaldılıb.

"Cüt qatar” anlayışı – bir saat ərzində müəyyən bir stansiyadan keçən qatar sayını bildirir və bu, infrastrukturun, xüsusən qatarların hərəkət təhlükəsizliyi sisteminin texniki imkanları ilə müəyyən olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
20
banco.az

10Источники