RU

Şeydayev “Neftçi”də əsas komandadan kənarlaşdırıldı

"Neftçi"də əsas komandanın iki futbolçusu əvəzedici heyətə göndərilib.

Yenisabah.az xəbər verir ki, bu, baş məşqçi Samir Abasovun qərarıdır.

Ramil Şeydayev və Ryonosuke Ohori əsas komandadan kənarlaşdırılıblar. Hər 2 futbolçu bundan sonra məşqləri əvəzedici komandada davam etdirəcəklər. Marqarita pizza

Qeyri-rəsmi məlumatlara görə, R.Şeydayev baş məşqçi Samir Abasovun planlarına daxil deyil. Amma onun klubla 2027-ci ilin yayına qədər müqaviləsi olduğundan "Neftçi" müqaviləni birtərəfli qaydada ləğv edə bilmir.

29 yaşlı Şeydayev 2024-cü ilin yayında "Neftçi" ilə 3 illik müqavilə bağlayıb. O, ötən mövsüm komanda 31 oyunda meydana çıxıb və 4 qol vurub.


Telegram kanalımız
Избранный
22
yenisabah.az

1Источники