RU

"Aztelekom": İnternet xidmətində nasazlıq və ya kəsintilər yoxdur

Hazırda "Aztelekom" MMC-nin şəbəkəsində internet xidmətlərinin göstərilməsində hər hansı nasazlıq və yaxud kəsintilər müşahidə olunmur.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

"Abunəçilərimizə sabit və fasiləsiz internetin təmin edilməsi bizim üçün əsas prioritetdir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq, bu gün sosial şəbəkələrdə ölkədə internet təchizatı ilə bağlı problemlərin olması barədə məlumatlar yayılıb.

Избранный
18
14
far.az

10Источники