RU

Ərdoğan Makronla telefonla danışdı

Türkiyə və Fransa prezidentləri Rəcəb Tayyib Ərdoğanla Emmanuel Makron arasında telefon danışığı baş tutub. 

Sitat.info  xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Prezident Administrasiyası “X” hesabında paylaşıb. 

Bildirilib ki, söhbət Fransa tərəfinin istəyi əsasında həyata keçirilirib. 

Prezidentlər iki ölkə arasındakı münasibətlər, Rusiya və Ukrayna arasında sülh prosesi, Qəzzadakı son vəziyyət başda olmaqla bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Избранный
15
2
sitat.info

3Источники