Rusiyanın Ukraynada döyüşən 83-cü briqadasından 30 əsgər və zabit mükafat və pul ödənişləri almaq üçün bir-birinə atəş açıblar.
Moderator.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın “Kommersant” dərgisi yayıb.
Məlumatda bildirlir ki, hərbi qulluqçulara qarşı aparılan cinayət işinin istintaqı başa çatıb və məhkəməyə göndərilib. Saxta yaralanmalarla bağlı iş üzrə ümumilikdə 30 hərbçi ittiham olunur. Onların arasında polkovnik Artyom Gorodilov və polkovnik-leytenant Konstantin Frolov da var. Onlar xüsusilə böyük məbləğdə dələduzluqda ittiham olunur. Frolova əlavə olaraq rüşvət alma, qanunsuz silah, sursat və partlayıcı maddə dövriyyəsi ittihamları da irəli sürülüb.
İstintaq məlumatına görə, briqadanın 30 hərbi qulluqçusu “yaralanma və xəsarətlərə” görə ümumilikdə 200 milyon rubldan çox kompensasiya alıb. Bu “yaralanmalara” görə komandirlər həmin hərbçilərin “İgidliyə görə” medalı və “Şücaət” ordeni ilə təltif olunması üçün təqdimatlar da yazıblar.