RU

Fahriyədən şiddət iddialarına CAVAB

Türkiyəli aktrisa Fahriye Evcen şiddətə məruz qaldığı ilə bağlı iddialara sosial şəbəkədə cavab verib.

Bizim.Media xəbər verir ki, aktrisa bununla bağlı "Instagram"da paylaşım edib.

"Ailə həyatına, ailə qurumuna bir az hörmətiniz olsun. İddialarla, gerçək olmayan xəbərlərlə bizi, ailəmizi tükətməyə çalışmağa davam etsələr, hüquqi addımlar atılacaq", - F.Evcen bildirib.

Qeyd edək ki, qonşularının Burak Özçivit ilə Fahriye Evcenin evindən münaqişə səsləri eşitdiyi iddia olunmuşdu.


Bizim.Media

Избранный
9
1
bizim.media

5Источники