RU

Çin Pakistanı diplomatiyası üçün prioritet kimi qeyd edib

Çinin xarici işlər naziri Vanq Yi Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar ilə görüşündən sonra bildirib ki, Çin Pakistana öz diplomatiyasının nümunəsi kimi baxmağa davam edəcək.

Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

Nazir deyib: “Biz qonşularımıza qarşı diplomatiyamızda Pakistana üstünlük verməyə davam edəcəyik və müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü müdafiə etməkdə ölkənizi qətiyyətlə dəstəkləyəcəyik”.

Vanq Yi əlavə edib ki, Çin terrorizmlə mübarizədə, milli birlik və sabitliyin qorunmasında, dinamik inkişaf və canlanmanın təşviqində Pakistana dəstək verməyə hazırdır.

//Gülnarə Abasova, Editor.az

Избранный
21
4
editor.az

5Источники