Finlandiya hakimiyyəti Rusiya sərhədinə mümkün qədər yaxın hasar çəkmək istəyir.
Bu barədə İltalehti qəzeti məlumat yayıb .
"Sərhəd çəpəri mümkün qədər Rusiya-Finlandiya sərhədinə yaxın tikiləcək. Bundan əlavə, hasar bütün yol boyunca olacaq. Hasarın hündürlüyü hazırda 4,5 m-dir", - materialda deyilir.
Nəşr yazır ki, hasar həmçinin kameralar, sensorlar və səsgücləndiricilərlə təchiz olunacaq.