RU

Mükafat almaq üçün 30 rus hərbçisi bir-birini güllələdi

Rusiyanın desant qüvvələrinin 30 nəfər hərbçisi dövlət mükafatı və pul ödənişləri almaq üçün bir-birlərini güllələyiblər. 

"Unikal" xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.

"Saxta yaralanmalar"la bağlı iş üzrə ümumilikdə 30 hərbçi ittiham olunur. Onların arasında polkovnik Artyom Gorodilov və polkovnik-leytenant Konstantin Frolov da var.

K.Frolova əlavə olaraq rüşvət alma, qanunsuz silah, sursat və partlayıcı maddə dövriyyəsi ittihamları da irəli sürülüb.

İstintaq müəyyən edib ki, xəsarətlər döyüş zamanı alınmayıb. Hərbçilərdən biri istintaqda etiraf edib ki, müxtəlif dövlət mükafatları ilə təltif olunmaq üçün hərbçilər bir-birinin həyatı təhlükəli olmayan hissələrinə icazəli güllə xəsarətləri yetiriblər.

Избранный
5
unikal.az

1Источники