“Liverpul”un heyətində ciddi itki baş verib.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızılar”ın futbolçusu Ceremi Frimponq zədələnib.
24 yaşlı sağ cinah müdafiəçinin gələn ayın sonu yaşıl meydanlara qayıdacağı bildirilir.
“Liverpul” Ceremi Frimponqu iyul ayında “Bayer”dən 40 milyon avroya transfer edib.