RU

Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. Trend:

Azərbaycanla NATO arasında 2025-ci il üçün təsdiq olunmuş “FərdiTərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, Quru Qoşunlarının“N” hərbi hissəsində Müdafiə Nazirliyi və NATO-nun nümayəndəheyətinin iştirakı ilə ekspert görüşü keçirilib.

Bu barədə Trend-ə MüdafiəNazirliyindən məlumat verilib.

Görüşdə Müdafiə Nazirliyinin nümayəndələri və xaricimütəxəssislər tərəfindən müxtəlif brifinqlər təqdim olunub,qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Tərəflər, həmçinin ölkəmizin NATO ilə Əməliyyat İmkanlarıKonsepsiyası (ƏİK) proqramı çərçivəsində qurulan əlaqələrinin carivəziyyətini təhlil edib, perspektiv məsələlər ətrafında geniş fikirmübadiləsi aparıblar.

Sonda xatirə şəkli çəkdirilib və qonaqlara hədiyyələr təqdimolunub.

Bakıda
Bakıda
Bakıda
Məqalədə:
Избранный
43
41
az.trend.az

10Источники