RU

Azərbaycanın yunan-Roma güləşçisi dünya çempionatının finalında

Bakı, 21 avqust, AZƏRTAC

Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda gürcüstanlı Vaxtanq Loluaya tam üstünlüklə qalib gəlib.

A.Cavadov sabah həlledici qarşılaşmada ermənistanlı Yurik Mxitaryanla üz-üzə gələcək.

Qeyd edək ki, bu gün isə Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova (62 kiloqram) qızıl medal uğrunda görüşə çıxacaq. Onun rəqibi çinli Yanqjen Yanqjen olacaq.

Избранный
12
3
azertag.az

4Источники