RU

“Roma”nın yeni transferi ilk məşqdə zədələndi

İtaliyanın "Roma" komandasının İngiltərə təmsilçisi "Aston Villa"dan icarəyə götürdüyü Leon Beyli sıradan çıxıb.

Day.Az bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, 28 yaşlı hücumameyilli yarımmüdafiəçi yeni komandası ilə çıxdığı ilk məşqdə bud sümüyündən zədə alıb.

Qeyd edək ki, Leon Beyli "Aston Villa"ya 2021-ci ildə Almaniyanın "Bayer" klubundan transfer olunmuşdu.

Избранный
14
3
day.az

4Источники