RU

TƏCİLİ: Netanyahu Qəzzaya gəldi və hücum əmri verdi

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfər edib.

Globalinfo.az xəbər verir ki, səfər zamanı Netanyahu İsrail Müdafiə Ordusunun Qəzza şəhərinin ələ keçirilməsi və HAMAS-ın məhv edilməsi ilə bağlı planlarını təsdiqləyib.

O, həmçinin bütün girovların azad olunması istiqamətində danışıqların dərhal bərpa edilməsini tapşırıb.

Baş nazirin Qəzza ərazisində qeydə alınmış video müraciəti onun ofisi tərəfindən yayılıb.

“Qəzzaya gəldim ki, İsrail Ordusunun şəhərin tutulması və HAMAS-ın darmadağın edilməsi planlarını təsdiq edim. Bununla yanaşı, bütün girovların azad olunması və müharibənin İsrail üçün qəbulolunan şərtlərlə dayandırılması barədə danışıqların dərhal başlanmasını əmr etdim”, –  Netanyahu bildirib.

O, həmçinin İsrailin hazırda həlledici qərar mərhələsində olduğunu vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
globalinfo.az

2Источники