RU

Tramp Putinlə şəklini paylaşdı, şəhadət barmağına diqqət çəkdi

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada çəkilmiş şəklini Birləşmiş Ştatların keçmiş Prezidenti Riçard Niksonun Sovet lideri Nikita Xruşşovla çəkdirdiyi foto ilə birlikdə paylaşıb.

Oxu.Az-ın xəbərinə görə, Tramp sözügdən paylaşımı "Truth Social" platformasında yerləşdirib.

Çox güman ki, Tramp bu fotoları Amerika liderlərinin oxşar jestlərinə görə paylaşıb.

Belə ki, həm birinci, həm də ikinci şəkildə amerikalı siyasətçilər şəhadət barmaqlarını həmsöhbətlərinə tərəf qaldırırlar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
2
oxu.az

3Источники