ain.az, Azertag portalına istinadən məlumat yayır.
Vaşinqton, 21 avqust, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp bu gün yerli vaxtla axşam saatlarında (Bakı vaxtilə sabah erkən saatlarda) Vaşinqton küçələrində hüquq-mühafizə orqanları ilə birlikdə xidmət edəcək.
AZƏRTAC-ın məlumatına görə, radiomüsahibədə o, Polis Departamenti və Milli Qvardiya qoşunları ilə birlikdə paytaxtda patrul çəkəcəyini açıqlayıb.
Ağ Evin açıqlamasına əsasən, axşamkı xidmətin detalları üzərində hələ də işlənir.
Qeyd edək ki, Donald Tramp Vaşinqtonda cinayətkarlıqlara qarşı mübarizə məqsədilə Milli Qvardiya qoşunlarını paytaxta yeridib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.