RU

Malayziyada qırıcı təyyarə qəzaya uğradı - VİDEO

ABŞ istehsalı olan F/A-18 Hornet qırıcı təyyarəsi Malayziyada qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, sosial şəbəkələrdə təyyarənin alovlandığı anın görüntüləri əksini tapıb.

Malayziya Kral Hərbi Hava Qüvvələrinə məxsus bombardmançı təyyarə Kuantandakı Sultan Hacı Əhməd Şah hava limanında uçuş-enmə zolağından qalxarkən alovlanıb.

Qısa uçuşdan sonra yanan Hornet yerə çırpılıb.

Hər iki pilot katapult edəbilib. Onlar hazırda xəstəxanadadırlar.

ABŞ istehsalı olan qırıcı təyyarənin qəzaya uğramasının dəqiq səbəbləri araşdırılır.

Избранный
27
2
teleqraf.com

8Источники