RU

Tramp: “Ukrayna müharibəsini bitirmək üçün başqa taktika seçə bilərəm”

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, yaxın iki həftə ərzində Ukraynada müharibənin başa çatıb-çatmaması məsələsi aydınlaşacaq. O, bu fikirləri Todd Starnes Show verilişində səsləndirib.

Editor.az xəbər verir ki, Trampın sözlərinə görə, Kiyev və Moskvanı danışıqlar masasına gətirmək üçün “başqa taktika” tətbiq etmək lazım ola bilər.

ABŞ lideri həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski barədə də danışıb:
“Zelenski Vaşinqtondakı görüşdə çox yaxşı görünürdü. O, bütün gücü ilə mübarizə aparır. Bu, çox ağır müharibədir”, – deyə Tramp vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Избранный
20
editor.az

1Источники